Bazar ertəsi, 20 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

AVRO-2020: Danimarka Bakıda Çexiyaya qalib gəldi- Yenilənib, Video

AVRO-2020-də 1/4 final mərhələsinin ikinci oyun gününə start verilib.

Apasport.az saytının məlumatına görə, üçüncü yarımfinalçı Çexiya və Danimarka arasında müəyyənləşib.

Bu görüş Bakı Olimpiya Stadionunda keçirilib. Qrup mərhələsində üç qarşılaşmaya ev sahibliyi edən arenada turnir çərçivəsində son matç baş tutub.

Qarşılaşma erkən qolla başlayıb. Tomas Delayni artıq 5-ci dəqiqədə danimarkalıları hesabda önə çıxarıb.

Fasilə ərəfəsində fərq iki topa çatıb. Bu dəfə Kasper Dolberq fərqlənib.

İkinci hissəyə çexiyalılar daha fəal başlayıb. Fasilədən az sonra Patrik Şik çempionatdakı 5-ci qolu ilə azarkeşlərini ümidləndirib. Lakin çexiyalılar matçı xilas edə bilməyərək turnirlə vidalaşıb. Yarışa iki məğlubiyyətlə başlayan Danimarka isə yarımfinala yüksəlib.

Qeyd edək ki, 1/4 final mərhələsinə bu gün keçiriləcək İngiltərə - Ukrayna matçı ilə yekun vurulacaq.

AVRO-2020
1/4 final
3 iyul
20:00. Çexiya – Danimarka - 1:2
Qollar: Patrik Şik, 49 - Tomas Delayni, 5, Kasper Dolberq, 42
Baş hakim: Byörn Kuypers (Niderland)
Bakı Olimpiya Stadionu

***

Çexiya Danimarka qarşısında fərqi azaldıb.

Patrik Şik 49-cu dəqiqədə komandasını ümidləndirən qola imza atıb.

***

Çexiya - Danimarka oyununda ikinci qol vurulub.

Qarşılaşmanın 42-ci dəqiqəsində Mehlenin cinah ötürməsini qola çevirən Kasper Dolberq komandasının üstünlüyünü möhkəmləndirib.

***

Çexiya və Danimarka yığmaları arasında Avropa çempionatının 1/4 final mərhələsinin oyununda hesab açılıb.

"Report"un məlumatına görə, Danimarka seçməsi erkən qola sevinib.

Skandinaviya təmsilçisinin heyətində Tomas Dileyni 5-ci dəqiqədə topu rəqib qapısından keçirib.

***

Çexiya və Danimarka yığmaları arasında futbol üzrə Avropa çempionatının 1/4 final mərhələsinin oyunu start götürüb.

"Report"un məlumatına görə, Bakı Olimpiya Stadionunda (BOS) keçirilən görüş saat 20:00-da başlayıb.

Oyunu niderlandlı FIFA referisi Byorn Kuypers idarə edir.

Qeyd edək ki, daha əvvəl BOS-da A qrupunun üç görüşü gerçəkləşib.

***

Bakı Olimpiya Stadionunda Avropa çempionatının 1/4 final mərhələsinin Çexiya - Danimarka oyununun açılış mərasimi keçirilib.

"Report"un məlumatına görə, ilk olaraq meydanın mərkəzində böyük pankart açılıb və AVRO-2020-nin rəsmi himni səsləndirilib.

Daha sonra meydanın hər iki tərəfində yığma komandaların nəhəng formaları təqdim edilib. Danimarka seçməsində

Qeyd edək ki, qarşılaşma saat 20:00-da start götürəcək.

***

Çexiya və Danimarka yığmaları arasında Bakıda keçiriləcək futbol üzrə Avropa çempionatının 1/4 final matçı üçün start heyətlər açıqlanıb.

"Report" xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

Çexiya: 1. Vaclík (GK), 3. Čelůstka, 5. Coufal, 6. Kalas, 7. Barák, 9. Holeš, 10. Patrik Şik, 12. Masopust, 13. Şevčík, 15. Souçek (k), 18. Bořil

Danimarka: 1. Schmeichel, 3. Vestergaard, 4. Simon Kyaer (k), 5. Mehle, 6. Kristensen, 8. Dileyni, 9. Braytveyt, 12. Dolberq, 14. Damsqard, 17. Ştriger, 23. Hoybyerq.

Qeyd edək ki, Bakı Olimpiya Stadionundakı (BOS) görüş saat 20:00-da başlayacaq. BOS-da daha əvvəl A qrupunun 3 oyunu da baş tutub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterinin sərt eniş etdiyi yerə 20-dən çox xilasetmə qrupu göndərilib - Yenilənib

Azərbaycanda istirahətə gedən ailə dəm qazından zəhərləndi: Ölən var

Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə görüşü olub - Yenilənib

Eşqi yanlış yerdə axtaran 3 bürc – Astroloqlar nə məsləhət görür?

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - Yenilənib + Fotolar

Reuters: Rəisi və xarici işlər nazirinin həyatı helikopter qəzasından sonra risk altındadır

Ayətullah Xamenei İran Təhlükəsizlik Şurasının təcili iclasını keçirir

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

“iPhone 16”-nın istehsala başlama tarixi açıqlandı

Ən çox oxunanalar